Məşhəddə su anbarlarının doluluq səviyyəsi 3 %-dən aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

İranın ikinci böyük şəhəri Məşhəddəki su anbarlarının doluluq
səviyyəsi təxminən 3 %-dən aşağı düşüb.

Trend İran
KİV-ə istinadən xəbər verir ki, Məşhəd Su və Kanalizasiya
Şirkətinin Baş direktoru Hüseyn İsmailianın sözlərinə görə, payız
mövsümü olmasına baxmayaraq, mövcud şərtlər su qənaətini artıq
tövsiyə deyil, zərurət halına gətirir.




Bildirilib ki, 3 milyon əhalisi olan Məşhəd şəhərinə illik
olaraq 20 milyon ziyarətçi gəlir.

Qeyd edək ki, ölkənin böyük şəhərlərindən olan Kərəcdə su
anbarının doluluq səviyyəsinin 8 % olduğu açıqlanıb.