Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşları artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar
və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş
kreditlərin həcmi 1,674 milyard manata çatıb.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 65,6 milyon manat
və ya 4,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 173,8 milyon
manat və ya 11,6% çoxdur.




Qeyd edək ki, ümumilikdə, bu ilin oktyabrın 1-nə Azərbaycanda
real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,042 milyard
manat təşkil edib.

Bu da aylıq müqayisədə 577,2 milyon manat və ya 1,9%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,6 milyard manat
və ya 9,3% artım deməkdir.