Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ baş verib

Baş səhifə
Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ baş verib

Türkiyənin Balıkesir vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 02:06-da qeydə alınıb.

Məlumata görə, zəlzələnin episentri 11,01 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar ətraf şəhərlərdə də hiss olunub.