Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Xatirə Məmmədovanı avtomobil vurub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

