Azərbaycan Basketbol Liqasının VI turunda daha bir görüş keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasının VI turunda daha bir görüş keçirilib

Azərbaycan Basketbol Liqasının VI turunda daha bir görüş keçirilib.

“Report” xəbər verir ki, A qrupunda “Gəncə” NTD-ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 90:78 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında “Sumqayıt” “Lənkəran”ı (98:94), “Ordu” isə “Naxçıvan”ı (100:76) məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.