2027-ci ilin əvvəlinədək Şuşada yeni yaşayış kompleksləri istifadəyə veriləcək – Aydın Kərimov

Baş səhifə

Bakı.Trend:

2027-ci ilin əvvəlinədək Şuşada yeni yaşayış kompleksləri
istifadəyə veriləcək.

Trend xəbər
verir ki, bu fikirləri Zəfər günü ilə bağlı jurnalistlərə
açıqlamasında Azərbaycan Respublikası Prezidentin Şuşa rayonundakı
xüsusi nümayəndəsi Aydın Kərimov səsləndirib.




O, bildirib ki, gələn il quruculuq-bərpa işlərinin bir çoxuna
yekun vurulacaq.

“2 yaşayış kompleksində işlər başlanılıb. Yaxın 2 ay ərzində 3 –
cü yaşayış kompleksinin inşasına başlanılacaq. Şuşada təxminən 45
binadan ibarət böyük bir tikinti aparılmaqdadır. 2027 – ci ilin
əvvəlində mərhələli olaraq həmin binaları şuşalıların istifadəsi
verəcəyik”.