İsrail Qəzzadan qaytarılan nəşin kimə məxsus olduğunu müəyyənləşdirib

Baş səhifə

Bakı. Trend:

İsrailin məhkəmə-tibbi ekspertləri Qəzzadan noyabrın 7-də
qaytarılmış daha bir girovun qalıqları əsasında onun kimliyini
müəyyənləşdirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail baş naziri Benyamin
Netanyahunun ofisi məlumat yayıb.




“Kimliyin müəyyən edilməsi prosedurunun başa çatmasından sonra
İsrail ordusu ehtiyatda olan baş çavuş Lior Rudayevin ailəsinə,
onun nəşinin İsrailə qaytarıldığını bildirib”, – deyə məlumatda
qeyd olunur.