Türkiyədə İzmir sularında 60-dan çox qanunsuz miqrant xilas edilib

Baş səhifə

Bakı. Trend:

Türkiyədə İzmir sularında çətin vəziyyətdə qalmış qanunsuz
miqrantlar xilas olunub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, üzərində 40-ı uşaq olmaqla 64 nəfərin olduğu
rezin qayığın mühərriki sıradan çıxıb. Köməyə gələn sahil mühafizə
xidmətinin əməkdaşları onları xilas ediblər.