Tərtər. Trend:
Tərtər narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü
saxlanılıb.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin Dövlət
Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını
pozduğuna görə sürücü N.Məmmədliyə “saxla” işarəsi verilib.
Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə
etdiyi müəyyən edilib.
N.Məmmədli barəsində protokol tərtib edilərək baxılması üçün
rayon məhkəməsinə göndərilib.

