44 günlük Vətən müharibəsinin xronikası: 8 noyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin noyabrın 8-nə olan xronikasını təqdim edir:

– Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban
Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər
xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan
azad olunduğunu bildirib.

– Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin azad
olunması münasibətilə rəsmi “İnstagram” səhifəsində etdiyi paylaşımda Azərbaycan xaqlını təbrik edib.

– Ali Baş Komandan İlham Əliyev general Hikmət Mirzəyevi qələbə
münasibətilə təbrik edib.

– Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli
müdafiə nazirlərini qəbul edib.

– Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin bir gündə darmadağın edilən
texnikaları siyahısı açıqlanıb.

– Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Tərtər, Ağdam və
Ağcabədini atəşə tutub.

– Qubadlının işğaldan azad olunan Balasoltanlı kəndinin videogörüntüsü yayılıb.

– Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır. Cəbhənin
Xocavənd istiqamətində düşmən yüksək vəzifəli şəxsləri məhv edilib. Xocavəndin işğaldan azad olunan Tsakuri
kəndinin videogörüntüsü yayılıb. Azərbaycan Ordusunun cəbhənin
Xocavənd istiqamətində keçirdiyi hücum
əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

– Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir.

– Zəngilan rayonunun işğaldan azad olunan Vejnəli kəndinin
videogörüntüləri yayımlanıb.

– Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq
qaçmasının videogörüntüsü yayılıb.