“Zəfərə açılan pəncərə” bədii-sənədli filminin təqdimatı keçirilir

Baş səhifə

Bakı. Trend:

Nizami Kino Mərkəzində “Zəfərə açılan pəncərə” bədii-sənədli
filminin təqdimatı keçirilir.

Trend xəbər
verir ki, zəfərimizin 5 illiyinə həsr olunan filmin müəllifi
Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur.

Ümumi xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları
tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov
haqqındadır.




Filmdə həbsxananı addım-addım gəzən Dilqəm yaşadığı istirablı
anları danışır. Onun Kəlbəcərə gizli keçdiyi yollar, gecələr
qaldığı yerlər, tutulduğu meşə, ata ocağı və s. məkanlar lentə
köçürülüb.

Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə
Qarabağ müharibəsinin əsir və girovları haqqındadır.

Film Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Audiovizual Şura,
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası, “Qulp” Studiyası və “Referans Medical Group”un
birgə təşkilatçılığı və dəstəyi ilə çəkilib.