Abşeron və Səbaildə oğurluq edən şəxslər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Abşeron və Səbail rayonlarında oğurluq edən 3 şəxs
saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu ərazisində yerləşən evlərin
birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Nəcəfova
müəyyən olunaraq saxlanılıb.




Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı pul və mobil
telefon oğurlamaqda şübhəli bilinən 62 yaşlı C.Zeynalov polis
əməkdaşları tərəfindən saxlanılıb.

Abşeron rayonunda isə bir evdən qızıl-zinət əşyası oğurlamaqda
şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı E.Əliyevin
saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.