Yazılı və şifahi mediada dil normaları ilə problemlər mövcuddur – AMEA rəsmisi

Baş səhifə

Bakı. Trend:

Yazılı və şifahi mediada dil normaları ilə problemlər var.

Trend xəbər
verir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilinin
normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən
“Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına
əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzulu panel
sessiyada AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru
Nadir Məmmədli deyib.

Onun sözlərinə görə, 50 milyon Azərbaycan dilini bilir, lakin
dik normalarını 10 milyonu yaxşı bilir:

“Azərbaycan dilinin dil normalarını qorumalıyıq. Dilimizin bütün
üslubları işləkdir. Lakin bədii ədəbiyyata, elmi üsluba yeni sözlər
gəlmir, rəsmi üsluba yeni terminlər gəlmir. Cəmiyyətdən baş
verirsizsə, publisistik üslub pozulanda baş verir”.

Nadir Məmmədli deyib ki, bu gün insanlar düzgün ad seçmirlər,
mənasını bilmirlər.




“Hazırda biz orfoqrafiya lüğəti hazırlanır. 82 min sözdən
danışırıq. Bizim bugünədək dil korpusu yaradılmayıb. Niyə? Çuvaş
kimi kiçik xalqın dil korpusu var”.

Direktor qeyd edib ki, hansısa əcnəbi söz bəyənilirsə, o sözü
dilə gətirmək düzgün deyil:

“Dilə müxtəlif yollarla söz gəlir. Əşya dilə söz gətirir. Əcnəbi
sözləri diliməz gətirmədən əvvəl öncəki lüğətlərimizi axtarmalıyıq.
Alınma söz ehtiyacdan dilə gəlir, amma əcnəbi söz mütləq şəkildə
həmişə bir parça kimi gözümüzə girir”.

AMEA rəsmisi vurğulayıb ki, yazılı və şifahi mediada dil
normaları ilə problemlər var:

“Mediada qəliz danışmaq lazım deyil. Mediada punktuasiya
problemi var. Şifahi nitqdə problemlər çoxdur. Yazılı nitqdə də
həmçinin. Media və dilçilər arasında əlaqə olmalıdır”.