​Türkiyədə 17 hakim həbs olundu

Baş səhifə

Türkiyədə qanunsuz mərc oyunlarında iştirak edən 21 nəfər saxlanılıb.

Metbuat.az-ın xəbərinə görə, bu barədə İstanbul prokurorluğu məlumat yayıb. Prokurorluqdan saxlanılanların 17-nin futbol hakimi olduğu bildirilib.

Barəsində həbs qərarı çıxarılanların arasında “Eyüpspor” klubunun başqanı da var.

Məlumatda qeyd olunur ki, qanunsuz mərc oyunlarında iştirak edən 2 hakim xaricdə olduğu üçün onları həbs etmək mümkün olmayıb.

İstanbul prokurorluğu futboldakı qanunsuzluqlarla bağlı araşdırmarın qətiyyətlə davam etdiriləcəyini açıqlayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.