Konfrans Liqasında 3-cü tur – Bütün NƏTİCƏLƏR

Baş səhifə

Ötən gecə UEFA Konfrans Liqasının Liqa mərhələsində 3-cü turun oyunları keçirilib. 

Modern.az xəbər verir ki, 18 matçın hamısı eyni gündə oynanılıb. Türkiyə təmsilçisi “Samsunspor” Malta “Hamrun”una böyük hesabla qalib gəlib – 3:0. Komanda xallarını 7-ə çatdıraraq liderliyə yüksəlib.

Konfrans Liqası, Liqa mərhələsi, 3-cü tur

6 noyabr

“Şaxtyor” (Ukrayna) – “Breydablik” (İslandiya) – 2:0

“Sparta” (Çexiya) – “Rakuv” (Polşa) – 0:0

“Maynts” (Almaniya) – “Fiorentina” (İtaliya) – 2:1

“Sele” (Sloveniya) – “Legiya” (Polşa) – 2:1

KuPS (Finlandiya) – “Slovan” (Slovakiya) – 3:1

AEK (Yunanıstan) – “Şemrok Rovers” (İrlandiya) – 1:1

“Samsunspor” (Türkiyə) – “Hamrun” (Malta) – 3:0

AEK (Larnaka, Kipr) – “Aberdin” (Şotlandiya) – 0:0

“Noa” (Ermənistan) – “Siqma” (Çexiya) – 1:2

“Rapid” (Avstriya) – “Universitatya” (Rumıniya) – 0:1

“Dinamo” (Kiyev, Ukrayna) – “Zrinski” (Bosniya və Herseqovina) – 6:0

“Kristal Pelas” (İngiltərə) – “AZ Alkmaar” (Niderland) – 3:1

“Rayo Valyekano” (İspaniya) – “Lex” (Polşa) – 3:2

“Linkoln” (Cəbəllütariq) – “Riyeka” (Xorvatiya) – 1:1

“Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) – 1:1

“Hakken” (İsveç) – “Strasburq” (Fransa) – 1:2

“Lozanna” (İsveçrə) – “Omoniya” (Kipr) – 1:1

“Şelbrun” (İrlandiya) – “Drita” (Kosovo) – 0:1