Fransada sakin bağında 700 min avro dəyərində qızıl tapıb

Baş səhifə

Bakı. Trend:

Fransanın Lion şəhəri yaxınlığındakı Nevill-sür-Son kommunasında
yaşayan bir sakin öz bağında 700 min avro dəyərində qızıl külçələr
və sikkələr aşkarlayıb.

Trend xəbər verir
ki, o, həyətdə hovuz üçün çuxur qazarkən xəzinəyə rast gəlib.
Tapılan qızılların hamısının diqqətlə plastik torbalara büküldüyü
bildirilib.

“Regional mədəniyyət şöbəsi məsələni araşdırıb və arxeoloji
xəzinə ehtimalını istisna edib. Bu isə o deməkdir ki, tapıntını
aşkar edən şəxs qanuni şəkildə onun sahibi hesab olunur”, – deyə
“France Info” məlumat yayıb.




Hüquq-mühafizə orqanları qızıl külçələrin üzərindəki nömrələri
araşdıraraq onların təxminən 20 il əvvəl Lionda yerləşən bir
müəssisədə istehsal edildiyini müəyyən ediblər. Qızılın qanuni
yolla əldə edildiyi bildirilib.

Əmlakın əvvəlki sahibinin vəfat etdiyi üçün qızılların kim
tərəfindən gizlədildiyini müəyyənləşdirmək mümkün olmayıb.