“Ayaks” “Qalatasaray” məğlubiyyətindən sonra baş məşqçisi ilə yollarını ayırıb

Baş səhifə
Ayaks Qalatasaray məğlubiyyətindən sonra baş məşqçisi ilə yollarını ayırıb

Niderland təmsilçisi “Ayaks” baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Onun sözləşməsi 2027-ci ildə başa çatacaqdı.

Çalışdırıcının komandadan göndərilməsinin səbəbi uğursuz nəticələr olub. “Ayaks” son olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda, doğma meydanda “Qalatasaray”a (Türkiyə) 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Ayaks” Niderland çempionatında 20 xalla dördüncüdür. Çempionlar Liqasında isə 0 xalla sonuncu – 36-cı yerdə qərarlaşıb.