
Bakı. Trend:
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka
Tsviyanoviç Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik
məktubu ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Zati-aliləri, cənab Prezident.
Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına
təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur
duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi
arzularımı yetirirəm.
Bu əlamətdar gün Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır,
milli məqsədlərinizə çatmaq yolunda nümayiş etdirilən gücü,
əzmkarlığı və birliyi bir daha yada salır.
Ölkənizin inkişafını və uğurlarını, eləcə də regionda sabitliyin
və rifahın qorunması naminə göstərdiyiniz səyləri xüsusi diqqətlə
izləyirik.
Əminəm ki, Serbska Respublikası, Bosniya və Herseqovina və
Azərbaycan xalqları arasında dostluq münasibətləri ortaq
mənafeyimizə uyğun olaraq qarşılıqlı anlaşma və hörmət ruhunda
bundan sonra da inkişaf edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm. Sizə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh və
firavanlıq arzulayıram”.

