“Qarabağ” və “Çelsi”nin sabiq qapıçısı: “Bərabərlik hər iki komanda üçün ədaləti nəticə idi”

Baş səhifə
Qarabağ və Çelsinin sabiq qapıçısı: Bərabərlik hər iki komanda üçün ədaləti nəticə idi

“Qarabağ” – “Çelsi” (İngiltərə) oyununda qeydə alınan heç-heçə hər iki komanda üçün ədaləti nəticə olub.

Bunu “Report”a açıqlamasında adı çəkilən komandaların sabiq qapıçısı Asmir Beqoviç deyib.

2015-2017-ci illərdə “Çelsi”nin, 2019/2020 mövsümündə isə “Qarabağ”ın formasını geyinən qolkiper UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turuna təsadüf edən komandaların duelindən danışıb:

“Görüşü izləmək imkanım oldu. Həqiqətən çox baxımlı və maraqlı qarşıalşmaya şahidlik etdik. Azərbaycanlı futbol azarkeşlərini təbrik edirəm. 1 xalı uğurlu nəticə saymaq olar. Matçdan əvvəl proqnozum heç-heçə idi və dediyim kimi də oldu. “Qarabağ”ın oyununa diqqət etdim, çox yaxşı çıxış etdilər. Komanda həqiqətən gücünü artırıb. Onları uğurlu mübarizələrinə görə təbrik edirəm”.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesabı ilə yekunlaşıb.