Şəmkirdə 4500 abonentin qaz təchizatında fasilə yaranacaq

Baş səhifə

Bakı.Trend:

Şəmkirdə 4500 abonentin qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.




Bildirilib ki, Şəmkir XS-i ərazisində Şəmkir QPS-dan “Süd
Kombinatı” orta təzyiqli, daşıyıcı qaz xəttindən qidalanan Şəmkir
şəhəri E.Allahverdiyev 22 ünvanında yerləşən Qarayev Cahan Rəhman
oğluna məxsus obyektin qarşısından keçən d159 mm-lik qaz xəttinin
abonentin öz hesabına Podaratçı təşkilat tərəfindən yeri
dəyişdiriləcək.

Bu məqsədlə 07.11.2025-ci tarixdən saat 10:00-dan işlər başa
çatanadək (Şəmkir şəhərinin bir hissəsi 4500 abonent) qaz
təchizatının d150 mm-lik siyirtmədən daxildən
dayandırılacaqdır.