
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin 10 ayı ərzində 317 blok-qatar, o cümlədən 119 tranzit qatar qəbul edib.
Bu barədə “Report” səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32 %-lik artım deməkdir.
Qeyd olunan dövrdə ümumilikdə 112 min 608 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (95 min 483 TEU) təxminən 18 % çoxdur.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


