bp-nin “Şahdəniz 2” çərçivəsində həyata keçirilən qazma işləri barədə hesabatı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci
mərhələsi (“Şahdəniz 2”) çərçivəsində ümumilikdə 23 quyu
qazılıb.

Trend xəbər verir
ki, bu barədə bp-nin 2025-ci ilin ilk üç rübünü əhatə edən son
hesabatında qeyd olunur.

Şirkətdən bildirilir ki, üçüncü rüb ərzində” Şahdəniz Alfa”
platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində
olub.

“Şahdəniz-2” layihəsi “İstiqlal” və “Heydər Əliyev”
qurğularından istifadə edilməklə həyata keçirilən qazma proqramı
çərçivəsində irəliləyib. Üçüncü rüb ərzində “İstiqlal” qurğusu
cənub-qərb cinahında yerləşən SDF04 quyusunun yenidən
mənimsənilməsini başa çatdırıb. “Heydər Əliyev” qurğusu isə
şimal-şərq cinahında SDH04 quyusunun qazılmasını tamamlayıb və eyni
cinahda SDH05 quyusunun qazılmasına başlayıb”, – bp şirkətindən
qeyd edilib.

Ümumilikdə “Şahdəniz-2” layihəsi çərçivəsində 23 quyu qazılıb, o
cümlədən:




şimal cinahında beş quyu,

qərb cinahında beş quyu,

cənub-şərq cinahında dörd quyu,

cənub-qərb cinahında beş quyu,

şimal-şərq cinahında dörd quyu.