Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV məbləği açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – oktyabr aylarında Azərbaycanda yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,2 milyon
manatdan çoxu vətəndaşlara qaytarılıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.




Bildirilib ki, Azərbaycan Respublikası ərazisində bina tikintisi
ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin
fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə
uğurla davam etdirilir.

Qeyd edilib ki, 2025-ci ilin yanvar – oktyabr aylarında yaşayış
və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin
müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 26 milyon 269,1 min
manat təşkil edib.