
Bakı. Trend:
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və
Türkiyənin əsas e-ticarət platforması Trendyol ilin ən böyük
endirim kampaniyasına başlayır. Hər il noyabr ayında keçirilən
“Super alış-veriş günləri” bu il 6-11 noyabr tarixlərini əhatə
edəcək.
Kampaniya məişət cihazlarından ev və mətbəx əşyalarına, moda və
geyimdən baxım məhsullarına qədər 1500-dən artıq kateqoriyaya daxil
olan məhsullara böyük endirimlər təqdim edir.
‘’Super alış-veriş günləri” çərçivəsində müştərilər NOYABR20
kodu ilə 20% endirimdən yararlana bilərlər.
Üstəlik, müxtəlif mağazalar kampaniya günlərində xüsusi
endirimlər, eləcə də 20%, 30% və 40%-lik endirim kuponları təqdim
edir. Kampaniya alış-veriş səbətinə tətbiq edilən özəl endirimlərlə
də alış-veriş həvəskarlarını sevindirəcək.
Noyabrı onlayn alış-veriş həvəskarları üçün unudulmaz edən
“Trendyol”un fürsətləri bununla bitmir. “Ultra Çarx” və
“Paylaş-Qazan” adlı interaktiv aksiyalar noyabr kampaniyasında
müştərilərə əlavə kuponlar və bonuslar qazandırmağa davam
edəcək.
Kampaniya dövründə Trendyol istifadəçiləri daha rahat ödəmə
üsullarından yararlana biləcəklər. “Birbank” taksit kartı sahibi
olan müştərilər ödəmələrini 2, 3, 6 hissəyə bölməklə və ya “İndi
al, sonra ödə” imkanından istifadə etməklə həyata keçirə
bilərlər.
Bununla yanaşı, kampaniya günlərində ilk 3 sifariş üçün
çatdırılma pulsuz olacaq.
Kampaniyanın reklam üzü Türkiyənin sevilən pop ulduzu
Edisdir.
Trendyol bu endirim festivalını “Noyabr deyəndə Trendyol” şüarı
ilə təqdim edir.


