
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasında hesab bərabərləşib.
Modern.az xəbər verir ki, 29-cu dəqiqədə Leandro Andrade “Qarabağ”ın ilk qolunu vurub.
***
22:03
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Estevao fərqlənib.
Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir..
***
21:45
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.
Matçı Avstriyadan olan hakimlər briqadası idarə edir

