Bakı. Trend:
Polşa bir neçə ay ərzində pilotsuz uçuş aparatlarına (PUA) qarşı
milli müdafiə sistemi qurmağı planlaşdırır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu qərar, Avropa İttifaqının “dron
divarı” layihəsinin ləngiməsi fonunda qəbul edilib.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, sistemin əsas
məqsədi ölkənin hava məkanını qorumaq və potensial təhlükələri
vaxtında zərərsizləşdirməkdir. Layihə hökumətin müdafiə
qabiliyyətini gücləndirməyə yönəlmiş daha geniş proqramının bir
hissəsi olacaq.

