Daimi icması olan məktəblərdə neqativ hallar az olur – Nazirlik

Baş səhifə

Bakı. Trend:

Sinifdə hər hansı bulinq varsa, şöbhələndiyimiz erkən nikah halı
varsa, aid olan bütün mənfi halları biz qruplaşdırıb hansı
tədbirləri görəcəyimizə qərar veririk.

Trend
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların
Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərovadır Təhsil TV-nin “Təhsil saatı” proqramında deyib.

O bildirib ki, daha çox iş valideyinlərlə aparılır.




“Biz valideyinlərlə daha çox iş aparırıq. Elə şagirdlər var ki,
biz qərar veririk ki, bu uşağın həmin ailədə qalması təhlükəlidir.
Bu zaman biz Sosial Xidmətlər Agentliyinə, Daxili İşlər Nazirliyinə
müraciət edirik.

Daimi icması olan məktəblərdə neqativ hallar az olur. Dəyişkən
icmalı məktəblərdə isə bizim müdaxiləmizə daha çox ehtiyac olur”, –
deyə o əlavə edib.