İran iki Fransa vətəndaşını azad edib

Baş səhifə

Bakı. Trend:

İranda iki Fransa vətəndaşının azad edilməsi islam dəyərlərinə
əsasən baş tutub.

Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi
bu gün (5 noyabr) Tehranda Nazirlər Kabinetinin iclasından sonra
jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Fransa vətəndaşlarının azad edilməsinə
artıq ötən gün İranın Məhkəmə Sistemi qərar verib.




Araqçi bildirib ki, halbuki bu iki Fransa vətəndaşı casusluq
ittihamı ilə həbs olunmuşdu.

İranlı nazir əlavə edib ki, Fransada da İran vətəndaşı artıq
azad edilib və hazırda İran səfirliyindədir. Məhkəmə prosesi başa
çatdıqdan sonra İrana dönəcəklər.

Qeyd edək ki, 14 oktyabrda İranın Tehran məhkəməsi iki Fransa
vətəndaşını casusluq ittihamı ilə uzun müddətə – 31 və 32 il-
azadlıqdan məhrum edilməsinə qərar verib.