Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarında demokrat-sosialist Zöhran Mamdani
Nyu-York meri seçkilərində qələbə qazandıqdan sonra ABŞ prezidenti
Donald Trampı dayandıracağı ilə bağlı bəyanat səsləndirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Əgər Donald Tramp tərəfindən xəyanətə uğramış ölkəyə onu necə
məğlub etməyi göstərə biləcək bir yer varsa, bu, onu doğuran
şəhərdir (Tramp Nyu-Yorkda anadan olub– red.). Və əgər bir despotu
qorxutmağın yolu varsa, bu, onun hakimiyyəti ələ keçirməsinə imkan
verən şəraiti məhv etməkdir.
Bu, yalnız Trampı dayandırmaq üsulu deyil, həm də növbətisini
dayandırmaq yoludur”,- Mamdani tərəfdarları qarşısında çıxışında
bildirib.
O, mer postuna seçki kampaniyasının əvvəlində demək olar ki,
tanınmırdı. Sorğulara görə, onun reytinqi cəmi 1 faiz idi. Lakin o,
4 noyabrda keçirilən seçkilərdə müstəqil namizəd Endrü Kuomonu və
respublikaçı Kertis Slivuanı qabaqlayaraq qalib gəlib.

