Bakı. Trend:
“Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar 12 müntəzəm marşrut üzrə
avtobusların dayanacaq yerində dəyişiklik edilib.
Trend xəbər verir ki, bu
barədə AYNA məlumat yayıb.
Bildirilir ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika
Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü
turunda baş tutacaq “Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar stadionun
qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi
məhdudlaşdırılıb. Xüsusi avtobus zonası oyuna üz tutacaq
azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri
təmin olunacaq.
Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların
dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall”
qarşısındakı dayanacaqdan təşkil edilib.

