
Şəklin mənbəyi, LUDOVIC MARIN/AFP via Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkiləri üçün namizədliyini irəli sürüb.
Paşinyan bununla bağlı rəsmi Facebook hesabında paylaşım edib.
Baş nazir hakim Vətəndaş Müqaviləsi Partiyasından namizədliyini irəli sürdüyünü açıqlayıb.
Paşinyanın ardınca Ermənistan Parlamentinin spikeri Alen Simonyan da Facebook hesabında yazıb ki, həmin partiyadan onun namizədliyi irəli sürülüb.
Vətəndaş Müqaviləsi Partiyası seçkilərdə namizəd olmaq istəyən üzvlərini noyabrın 30-dək öz namizədliklərini təsdiqləməyə çağırıb.
Paşinyanın siyasətini tənqid edən rəqib partiyalardan isə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan, keçmiş Ombudsman Arman Tatoyan və hazırda Yerevanda həbsdə olan oliqarx Samvel Karapetyan bir neçə ay əvvəl seçkilərdə iştirak edəcəklərini bəyan ediblər.
Ermənistanda parlament seçkisinin 2026-cı il iyunun 7-də keçiriləcəyi gözlənilir.

