
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa
İttifaqına “sınaq müddəti” ilə qəbul olunması ideyasını tənqid
edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Əgər biz Aİ üzvlüyündən danışırıqsa, bu, tamhüquqlu olmalıdır.
Məncə, çox vacibdir ki, bir masada bərabər ölkələr otursun. Əsas
odur ki, onlar oxşar dəyərləri paylaşsınlar”, – deyə Zelenski
bildirib.
Xatırladaq ki, “sınaq müddəti” təklifi yeni üzv ölkələrin bir
neçə il ərzində veto hüququndan məhrum edilməsi və “demokratik
prinsiplərdən uzaqlaşma” halında Aİ-dən çıxarıla bilməsini nəzərdə
tutur.


