Bakı. Trend:
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam
Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycanın qadınlardan
ibarət 3×3 basketbol millisinin heyətində dəyişiklik olub.
Trend bu barədə
Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir.
Məlumata görə, Arika Karter zədə səbəbindən yarışda iştirak edə
bilməyəcək. Onu Tatyana Deniskina əvəzləyəcək.
Qeyd edək ki, Azərbaycan millisi Oyunlarda Kot d`İvuar, Səudiyyə
Ərəbistanı və Türkiyə yığmaları ilə üz-üzə gələcək. Matçlar
noyabrın 17-də və 18-də keçiriləcək meydançaya çıxacaq.

