Daha bir restorana “5 ulduz” sertifikatı təqdim edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən
həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Chinar”
restoranında qiymətləndirmə aparılıb.

Trend
xəbər verir ki, nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi
tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və
restorana “5 ulduz” sertifikatı təqdim olunub.

“Ulduz-reytinq” layihəsi çərçivəsində ictimai iaşə
müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət
standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirir
və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma
həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm
də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı
yaradır.




Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü
müraciəti əsasında həyata keçirilir. Bunun üçün iaşə obyektləri
[email protected] elektron poçt ünvanına rəsmi müraciət
göndərməlidirlər. Müraciət daxil olduqdan sonra AQTİ tərəfindən 30
gün müddətində müəssisədə qiymətləndirmə aparılır və 10 iş günü
ərzində sahibkara nəticələrlə bağlı rəsmi bildiriş təqdim olunur.
Qiymətləndirmənin nəticələrinə uyğun olaraq, obyektlərə 1 il
müddətinə sertifikat verilir.

İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında
reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha
ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə
zəng edə bilərlər.