Bakı. Trend:
Avropa İttifaqı “Ukraine Facility” çərçivəsində Ukraynaya 1,8
milyard avro həcmində yeni maliyyə yardımı tranşı ayırıb.
Trend xəbər verir
ki, bu barədə Avropa İttifaqı Şurasının saytında dərc olunan
bəyanatda deyilir.
“Maliyyələşdirmə, ilk növbədə, Ukraynanın makromaliyyə
sabitliyinin möhkəmləndirilməsinə və onun dövlət idarəçiliyinin
davamlı fəaliyyətinin dəstəklənməsinə yönəlib”- deyə bəyanatda qeyd
olunur.
Beləcə, son tranş daxil olmaqla 2022-ci ildən bəri Aİ ölkələri
tərəfindən Ukraynaya ayrılan maliyyə yardımın ümumu həcmi 179,8
milyard avroya çatmış olub.

