Gələn il üçün Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozlara aydınlıq gətirilib

Baş səhifə

Bakı. Trend:

Neftin qiyməti ilə bağlı proqnazlar uzunmüddətli dövrdə əldə
olunan nəticələri əhatə edir.

Trend xəbər
verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsinin müzakirəsi zamanı deyib.




“Bizim təqribən 22 qiymətləndirici təçkilatın rəqəmlərindən
ibarət hovuzumuz var. Bunun nəticıəsində aprel, iyul, sentyabr və
yekunda qiymətlər müəyyənləşdirilir. Bütün qiymətləndirici
şirkətlərin “Azeri Light” üçün konsensus qiyməti 65 dollar olub, –
deyə nazir vurğulayıb.