Azərbaycanın strateji valyuta ehtiyatları 82 milyard dolları ötüb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin 10 ayında
16.2% artıb və dövrün sonuna 82.5 milyard ABŞ dolları təşkil
edib.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu
gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin
müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, o cümlədən Mərkəzi Bankın valyuta
ehtiyatları oktyabr ayının sonuna 11.4 milyard dollara bərabər
olub:




“Strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş
kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir. Belə
ki, strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına
kifayət edir.

2025-ci ildə pul siyasəti monetar şərait vasitəsilə
inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilmişdir. Rəsmi
məlumata görə 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7%
olmuşdur”.