
Bakı. Trend:
Növbəti il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə
274,5 milyon manat vəsait nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu məsələ Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini
tapıb.
Bildirilib ki, həmin vəsaitdən ümumi təyinatlı və
xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması,
habelə xüsusiləşdirilmiş tibbi xidmətin göstərilməsinə 50,4 milyon
manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin
edilməsinə 9,4 milyon manat, qanköçürmə üzrə tibbi xidmətlərin
göstərilməsinə 3,0 milyon manat, səhiyyə sahəsində tədqiqat
fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılması
üçün 2,7 milyon manat, digər xərclər üçün (məhkəmə-tibbi, tibbi
kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və
s.) 157,7 milyon manat və sanitar-epidemioloji vəziyyətə nəzarətin
təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan
şəxslərin monitorinqinin aparılması məqsədilə sanitarepidemioloji
tədbirlər üçün 51,3 milyon manat vəsait yönəldiləcəkdir.


