İstilik təchizatı tarifi maya dəyərindən aşağı olduğu üçün “Azəristiliktəchizat”a subsidiya veriləcək

Baş səhifə

Bakı. Trend:

İstilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış
tarifinin məhsulun maya dəyərindən aşağı olması hesabına yaranmış
zərərin örtülməsi üçün “Azəristiliktəchizat” Açıq Səhmdar
Cəmiyyətinə növbəti il üçün 33 800 000 manat
məbləğində subsidiya nəzərdə tutulur.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.




Sənədə əsasən, 2026-cı il dövlət büdcəsində mənzil və kommunal
xərcləri üçün 334 500 000 manat məbləğində vəsait
nəzərdə tutulur.