
Bakı. Trend:
Peru hökuməti çevriliş təşkil etməkdə ittiham olunan keçmiş baş
nazir Betsi Çavesin Limadakı Meksika səfirliyinə sığınması
səbəbindən bu ölkə ilə diplomatik münasibətləri kəsmək qərarına
gəlib.
Trend xəbər verir
ki, bu barədə Perunun xarici işlər naziri Huqo de Sela məlumat
verib.
Nazirin sözlərinə görə, “keçmiş prezident Pedro Kastilonun
dövlət çevrilişinə cəhddə əli olduğu iddia edilən keçmiş baş nazir
Betsi Çavesin Meksikanın Perudakı səfirinin iqamətgahına sığınması
hökumət üçün həm təəccüblü, həm də dərin narahatlıq doğuran hadisə
olub”.
Hugo de Sela bildirib ki, bu addım Meksika tərəfindən qeyri-dost
hərəkət kimi qiymətləndirilir və həm indiki, həm də keçmiş Meksika
prezidentlərinin Perunun daxili işlərinə davamlı şəkildə qarışması
ilə birlikdə iki ölkə arasında diplomatik münasibətlərin
kəsilməsinə səbəb olub.


