ABŞ ilk qitələrarası ballistik raket sınağını həyata keçirməyə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası barədə
göstərişindən sonra Vaşinqton ilk qitələrarası ballistik raket
sınağını planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.




Məlumata əsasən, Minuteman III tipli, nüvə başlığı daşımaq
qabiliyyətinə malik raket Kaliforniyadakı Vandenberq Kosmik
Qüvvələr bazasından buraxılacaq və Marşall adalarındakı Ronald
Reyqan adına raketdən müdafiə poliqonuna çatmalıdır.