“Liverpul” “Real”la oyuna itki ilə çıxacaq

Baş səhifə

Bakı. Trend:

“Liverpul” UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu
çərçivəsində doğma meydanda “Real”ı qəbul edəcək.

Trend xəbər
verir ki, İngiltərə çempionu oyuna ciddi itki ilə çıxacaq.

Aleksandr İsak vacib görüşdə komandaya kömək edə bilməyəcək.
Zədəsi olan isveçli hücumçu oyunöncəsi son məşqdə iştirak
etməyib.




“Liverpul” Aleksandr İsakı bu ilin sentyabr ayında “Nyukasl”dan
145 milyon avroya transfer edib. 26 yaşlı forvard “qırmızılar”ın
heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar
ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Liverpul” – “Real” qarşılaşması sabah Bakı vaxtı
ilə saat 00:00-da start götürəcək.