Ermənistan və Aİ rəsmiləri Tramp marşrutunu müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Brüsseldə səfərdə olan Ermənistanın Təhlükəsizlik Şurasının
katibi Armen Qriqoryan Avropa Komissiyasının sədri Ursula fon der
Lyayenin diplomatik müşaviri Saymon Mordyu ilə regionda sülhün
institusionallaşdırılması, eləcə də “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu” (TRIPP) layihəsini müzakirə ediblər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Müzakirələrdə regional kanalların aktivləşdirilməsi və geniş
iqtisadi imkanların açılması kontekstində TRİPP-in böyük əhəmiyyət
kəsb etməsi vurğulanıb.

Danışıqlarda eyni zamanda Ermənistanla Aİ arasında ikitərəfli
əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.