
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
“Report”un əldə etdiyi məlumata görə, Türkiyə XİN başçısı da noyabrın 8-də Bakıda keçiriləcək Zəfər paradına qatılacaq.
Məlumata görə, Hakan Fidan milli müdafiə naziri Yaşar Gülərlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gələcək nümayəndə heyətinin tərkibində yer alacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


