
Bakı. Trend:
Adətən doğuşdan sonra fəaliyyəti dayanan siklin A2 (CCNA2) geni
ürək hüceyrələrinin bölünməsini yenidən işə salmaq və infarktla
ürək çatışmazlığından sonra yaranan zədələnmələri bərpa etmək
qabiliyyətinə malikdir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu qənaətə “Maunt-Sinay” xəstəxanasının
tədqiqatçıları gəliblər.
Tədqiqatın nəticələri “Regenerative Medicine” (RM) jurnalında
dərc olunub.
Eksperimentlər zamanı alimlər müəyyən ediblər ki, CCNA geninin
təhlükəsiz virus vektoru vasitəsilə aktivləşdirilməsi orta yaşlı
yetkin insanlarda ürək əzələsi hüceyrələrinin bölünməsini
stimullaşdırır.
Bu, əslində regenerasiya qabiliyyəti olmayan ürək hüceyrələrinin
yeni funksional toxumalar formalaşdırmağa məcbur edilə biləcəyinə
dair ilk sübutdur.
Təcrübədə 21, 41 və 55 yaşlı donorların ürək hüceyrələrindən
istifadə olunub.

