“Qarabağ”ın rəqibi itki ilə üzləşib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Ayntraxt” klubunun heyətində ciddi itki baş
verib.

Trend xəbər
verir ki, komandanın aparıcı üzvlərindən olan Can Uzun sıradan
çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü Bundesliqanın 9-cu turunun “Haydenhaym”la səfər matçında ayaq əzələsindən zədə alıb. 19 yaşlı
hücumameyilli yarımmüdafiəçinin təxminən 5 həftə yaşıl meydanlardan
uzaq qalacağı gözlənilir.




Can Uzun bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana
çıxdığı 14 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda
qalıb.

Qeyd edək ki, “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa
mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasındakı oyun
2025-ci ilin 21 yanvar tarixində Bakıda keçiriləcək.