
Bakı. Trend:
“Tut” restoranında məhsul nümunəsində uyğunsuzluq
aşkarlanıb.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, daxil olan müraciət əsasında Bakı şəhəri, Nizami
rayonu, Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında yerləşən “GK Fish Farm”
MMC-yə məxsus “Tut” restoranında Qida Təhlükəsizliyi Agentliyinin
əməkdaşları yoxlama keçirib.
Baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan “paytaxt”
salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun
müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində E.Coli
göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun
olmayıb.
Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların
emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.


