Azərbaycanda əsgərlərə maaşlar kartla verilir – RƏSMİ

Baş səhifə

Bakı.Trend:

Hazırda Azərbaycanda əsgərlərə maaşları kartla verilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən
məlumat verilib.




Qeyd olunur ki, Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət
şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən
tədbirlər davam edir:

“Tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının “əsgər kartı” ilə təmin olunması planlı şəkildə
yerinə yetirilib. Bununla da əsgərlərin aylıq məvaciblərini
vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail
olunub”,-MN-dən əlavə olunub.