
Bakı. Trend:
ABŞ-ın müharibə naziri Pit Heqset və Cənubi Koreyanın müdafiə
naziri An Gyu Bak Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə
sərhəddə yerləşən hərbisizləşdirilmiş zonaya (DMZ) birgə səfər
ediblər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu, iki ölkənin hərbi qurum rəhbərlərinin 2017-ci
ildən bəri ilk belə birgə səfəridir. Səfər çərçivəsində Heqset
DMZ-də xidmət edən koreyalı və amerikalı hərbçilərlə görüşəcək.
Daha sonra Pentaqon rəhbəri Seuldan 65 km məsafədə yerləşən ABŞ
hərbi bazasına gedəcək, orada amerikalı əsgərlər və onların
ailələri ilə söhbət edəcək.


