Bakı. Trend:
Portuqaliya münaqişənin sülh yolu ilə həlli çərçivəsində öz
hərbçilərini Ukraynaya göndərməyə hazırdır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Portuqaliya kəşfiyyatının sabiq
analitiki, vəkil Aleşandri Gereyru bildirib.
“Portuqaliya şübhəsiz ki, belə bir müraciət daxil olarsa, buna
hazırdır”, – deyə o vurğulayıb.
Keçmiş analitik xatırladıb ki, Portuqaliya Silahlı Qüvvələrinin
bir hissəsi artıq Şimali Atlantika Alyansının (NATO) şərq cinahında
yerləşdirilib.
Qeyd edək ki, oktyabrın 28-də xarici KİV-lər Böyük Britaniya
hökumətinin öz qoşunlarını Ukraynaya göndərmək niyyətində olduğunu
xəbər vermişdi.

